EN

“Van Deyk qarşılaşdığım ən güclü müdafiəçidir”

“Lill”in hücumçusu Olivye Jiru, əvvəlki klubları “Arsenal” və “Çelsi”dəki çıxışını xatırlayaraq, “Liverpul”un mərkəz müdafiəçisi Vircil van Deyk barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, "Get French Football News" 38 yaşlı futbolçunun fikirlərini belə çatdırıb:

“İndi mənim növbəmdir deyim: Van Deyk qarşısında oynadığım ən güclü müdafiəçidir. O mükəmməldir, sərtdir və səni arxadan basır, amma həmişə hörmətlə! Özümü tərifləmək istəmirəm, amma tez-tez onun markajından qaça bilirdim, onu dövrəyə sala bilirdim və ya duel qazana bilirdim”, — deyə Jiru Get French Football News-ə açıqlamasında bildirib.

34 yaşlı Vircil van Deyk 2018-ci ildən “Liverpul”da çıxış edir. Bu mövsümdə Premyer Liqada müdafiəçi beş oyunda iştirak edib.

Chosen
59
90deqiqe.az

1Sources