EN

Xabi Alonso "Çelsi"nin futbolçusu "Real"da görmək istəyir

"Çelsi’nin yarımmüdafiəçisi Enzo Fernandeş hələ də Madrid “Real”ının potensial transfer hədəfləri arasında yer alır.

90deqiqe.Az-ın məlumatına görə, argentinalı futbolçuya qarşı “kral klubu”nun marağı yayda da gündəmə gəlmişdi, lakin həmin vaxt konkret razılaşma əldə olunmayıb.

Məlumatlara görə, Xabi Alonso Fernandesin istedadının böyük pərəstişkarıdır və gələcəkdə “Real” oyunçunu komandaya cəlb etməyə cəhd göstərə bilər.

24 yaşlı futbolçunun “Çelsi” ilə müqaviləsi 2032-ci ilin ortalarına qədər nəzərdə tutulub. Transfermarkt portalının məlumatına görə, Fernandesin hazırkı dəyəri 75 milyon avrodur. Qeyd edək ki, 2023-cü ilin əvvəlində London klubu dünya çempionunu “Benfika”dan 120 milyon avrodan çox məbləğə transfer etmişdi.

 

Chosen
57
90deqiqe.az

1Sources