EN

İlon Mask 1 milyard dollarlıq "Tesla" səhmlərini satın alır

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Mask 1 milyard dollarlıq "Tesla" səhmlərini satın alır.

Banco.azxəbər verir ki, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (“SEC”) dərc etdiyi rəsmi müraciət hesabatına görə, İlon Mask 12 sentyabrda təxminən 1 milyard dollar dəyərində, təxminən 2,5 milyon “Tesla” səhmı alıb.

Bu satınalma “Tesla” İdarə Heyətinin sədri Robin Denholmun “Bloomberg”ə verdiyi müsahibə ilə eyni tarixə təsadüf edib. Denholm müsahibəsində bildirib ki, əgər “Tesla” qarşıdakı illərdə müəyyən olunmuş iddialı hədəflərə çatsa, İlon Maska 1 trilyon dollarlıq paket təklif olunacaq.

Qeyd edək ki, Nyu-York birjasındakı erkən ticarət əməliyyatlarında “Tesla” səhmləri 7,3% yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
48
banco.az

1Sources