EN

Norveç XİN-ə çağırılan rus səfir Oslonun siyasətinə etiraz edib

BAKI, 15 sentyabr. TELEQRAF

Rusiyanın Norveçdəki səfiri Nikolay Korçunov Krallığın Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya səfirliyinin nümayəndələri Telegram kanalında məlumat paylaşıblar.

Qeyd olunur ki, səfir XİN-də olarkən Oslonun Kiyevə dəstəyindən narahatlığını bildirib.

“Biz öz növbəmizdə Oslonun “PUA koalisiyası” çərçivəsində Kiyevə göstərdiyi genişmiqyaslı yardımdan narahat olduğumuzu bildirdik. Biz Norveçin verdiyi pilotsuz təyyarələrin Ukrayna tərəfindən dinc hədəflərə zərbə endirmək üçün istifadə edildiyini vurğuladıq”, - deyə məlumatda qeyd olunub.

Diplomatlar qeyd ediblər ki, Ukrayna Silahlı Qüvvələri karbohidrogenlərin Avropa ölkələrinə çatdırıldığı enerji obyektlərinə də hücum edir.

Avqust ayında Norveçin baş naziri Jonas Gahr Støre Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə keçirdiyi brifinqdə krallığın 2025-2026-cı illərdə Kiyevə 8,45 milyard dollar ayıracağını açıqlamışdı .

Chosen
14
teleqraf.com

1Sources