EN

Brüsseldə polşalı deputatın avtomobili atəşə tutuldu

Brüsseldə naməlum şəxslər polşalı deputatın avtomobilinə atəş açıb.

Teleqraf xəbər verir ki, bu barədə polşalı deputat Valdemar Buda özünün X sosial media səhifəsində məlumat verib.

Hücum zamanı Buda avtomobildə olmayıb.

“Doqquz dəfə atəş açılıb”, – deputat yazıb.

O, avtomobildə bir güllə izinin tapıldığını vurğulayıb. Belçika rəsmiləri araşdırmaya başlayıb.

O, hücumun kim(lər) tərəfindən edildiyini bildirməyib.

Valdemar Buda Polşanın müxalif Hüquq və Ədalət partiyasının üzvüdür. 2022-2023-cü illərdə Polşanın İnkişaf və Texnologiya naziri vəzifəsində çalışıb. 2024-cü ildən Polşanı Avropa Parlamentinin üzvü kimi təmsil edir.


Chosen
82
2
sherg.az

3Sources