EN

Oveçkin yeni reklam müqavilələri imzalayıb

“Vaşinqton”un hücumçusu Aleksandr Oveçkin mövsümlərarası dövrdə Rusiya şirkətləri ilə 10-a yaxın reklam müqaviləsi imzalayıb.

“SHOT” teleqram kanalının yaydığı xəbərə görə, 39 yaşlı hokkeyçi ilə imzalanan müqavilələrin ümumi məbləği 3,3 milyard rublu (63 milyon manata yaxın – red.) ötüb. Bu isə Oveçkinin il ərzində Amerika klubunda qazandığı puldan üç dəfə artıqdı.

Məzuniyyətini vətənində keçirən Oveçkin artıq ABŞ-yə qayıdıb. MHL-də yeni mövsüm oktyabrın 7-də start götürəcək. Rusiyalı ulduzun “Vaşinqton”la müqaviləsinin müddəti mövsümün sonunda bitəcək.

Chosen
75
1
football-plus.az

2Sources