EN

Lavrov və Rubio BMT sessiyasında görüşə bilər

Rusiya Xarici İşlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio BMT Baş Assambleyasının yaxınlaşan sessiyası çərçivəsində görüşə bilərlər. Lakin bu barədə danışmaq hələ tezdir, çünki Lavrovun görüş qrafiki hələ təsdiqlənməyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova TASS-a açıqlama verib.

“Lavrovun qarşılıqlı görüşləri üçün qrafik işlənir. Mən irəli qaçmaq istəməzdim, amma sizi də məyus etmək istəmirəm”, – deyə diplomat bildirib.

Chosen
21
nocomment.az

1Sources