EN

Puqaçovanın müsahibəsi beş gündə 16 milyon baxış yığdı


Rusiyalı müğənni Alla Puqaçovanın jurnalist Katerina Qordeeva ilə uzun müsahibəsi beş gün ərzində “YouTube”da 16 milyondan çox insan tərəfindən izlənilib.
Yeniavaz.com
xəbər verir ki, üç saat yarımdan çox davam edən videomüsahibə “Skaji Gordeyevoy” kanalında ən çox baxılan videoya çevrilib.
Rusiya KİV diqqət çəkib ki, baxış sayı Rusiya hakimiyyətinin bir il ərzində video xidmətin sürətini azaldmağına və bloklamağına baxmayaraq toplanıb. 
Puqaçova ilə video yayımlanmazdan əvvəl kanalda ən populyar video Artur Smolyaninovla müsahibə olub. O, yayımlandıqdan sonra üç il ərzində 9,3 milyon baxış toplayıb.
Chosen
12
1
yeniavaz.com

2Sources