EN

Bakıda sərnişin avtobusunda insident: Polis hərəkətə keçdi - YENİLƏNDİ

Bakıda sərnişinlə avtobus sürücüsü arasında baş verən insidentlə bağlı polis araşdırma aparır.

DİN-in Mətbuat Xidmətindən News24.az-a bildirilib ki, baş verən insidentlə bağlı Nizami RPİ-nin 23-cü Polis Bölməsində araşdırma aparılır. Zərərçəkən şəxsin izahatı alınıb. 

Əməli törədən şəxsin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Bakıda sərnişinlə avtobus sürücüsü arasında insident yaşanıb.

News24.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

"Azland Plaza" şirkətinin rəhbəri Ramiz Tağıyev bildirib ki, 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü Kamran Azər oğlu Qafarov sərnişin tərəfindən döyülüb.

İddiaya görə, insident sürücünün sərnişindən ödəniş etməsi tələbindən sonra baş verib.

Faktla bağlı polisə məlumat verilib.

Həmin görüntüləri təqdim edirik:



Chosen
65
8
news24.az

10Sources