EN

Türkiyəli məşhur aktyor təcili xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktyoru Ufuk Özkan haqqında yayılan məlumat ölkə mediasında gündəm olub.

Milli.Az xəbər verir ki, aktyor Beşiktaşdakı evində özünə zərər verməyə cəhd göstərib və yaxınlarının müdaxiləsindən sonra təcili şəkildə xəstəxanaya aparılıb.

Hazırda Özkan həkimlərin nəzarəti altındadır və vəziyyətinin stabil olduğu vurğulanır.

Xatırladaq ki, aktyor daha əvvəl qaraciyər çatışmazlığı səbəbindən xəstəxanada müalicə almış, lakin transplantasiyaya ehtiyac qalmadan sağlamlığına qovuşmuşdu. Son aylarda isə onun arıqlaması və şəxsi həyatında yaşadığı çətinliklər tez-tez mətbuatın diqqətinə səbəb olub.

Qeyd edək ki, Ufuk Özkan "Geniş Ailə" serialında canlandırdığı Cəvahir obrazı ilə tamaşaçıların böyük sevgisini qazanmış və televiziya ekranlarının ən tanınmış simalarından birinə çevrilmişdi.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
24
milli.az

1Sources