EN

Leyla Əliyevanın təşəbbüsü ilə Explore Azerbaijan with IDEA layihəsi fəaliyyətə başlayıb

Missiya.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Explore Azerbaijan with IDEA" layihəsi fəaliyyətə başlayıb.

İctimai Birlikdən Oxu.Az-a verilən məlumata görə, layihənin əsas məqsədi Azərbaycanın canlı aləminin təkrarolunmaz gözəlliklərini yerli və beynəlxalq auditoriyaya tanıtmaq, eyni zamanda, ölkəmizin təbiətinin özünəməxsus zənginliyini əks etdirən multimedia bazasını yaratmaqdan ibarətdir. Sosial media istifadəçiləri fotovideoqraf Saleh Baxşiyevin peşəkar obyektivi ilə Azərbaycanın flora və faunasının incəliklərini kəşf edərək ölkəmizin füsunkar təbiətinə daha yaxın ola biləcəklər.

"Explore Azerbaijan with IDEA" təkcə maarifləndirici layihə deyil, eyni zamanda, təbiətimizin qorunması və gələcək nəsillərə ötürülməsi üçün bir çağırışdır.

Layihənin rəsmi sosial media səhifələrini aşağıdakı linklər vasitəsilə davamlı izləmək olar:

YouTube: https://www.youtube.com/@exploreAzerbaijanwithIDEA

Instagram: https://www.instagram.com/explore.aze

Facebook: https://www.facebook.com/explore.aze

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
26
missiya.az

10Sources