EN

Alonsonun yerinə Ançelotti? -

Karlo Ançelotti yenidən “Real Madrid”ə qayıdacağını istisna etməyib. Metbuat.az xəbər verir ki, Braziliya millisindən sonra karyerasını yekunlaşdıra biləcəyini ifadə edən Ançelotti bununla belə “Real” üçün fikrindən daşına biləcəyini qeyd edib. O, “L’Equipe”ə açıqlamasında mövsümün sonunda müqaviləsinin yekunlaşacağını bəyan edib. Ançelotinin sözlərinə görə, Braziliyadan sonra məşqçi işləyə biləcəyinə razı olacaq tək “Real Madrid”dir.

Qeyd edək ki, Karlo Ançelotti "Real Madrid"dən ayrılaraq, Braziliya millisinə rəhbərlik edib. Ançelotti 15 kubok qazanaraq “Real” tarixinin ən uğurlu baş məşqçisi olub.

Chosen
25
1
metbuat.az

2Sources