EN

SOCAR işçilərinə mükafat – Rəsmi əmr FOTO

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) “Neftçilər günü” peşə bayramı münasibətilə işçilərini mükafatlandıracaq.

10 sentyabr 2025-ci il tarixli əmrə əsasən, SOCAR-ın işçi siyahısında olan əməkdaşlara (idarə heyətinin üzvləri istisna olmaqla) 19 sentyabr 2025-ci il tarixinədək birdəfəlik 500 (beş yüz) manat məbləğində mükafat veriləcək.

Qərarın verilməsində neftçilərin ölkə iqtisadiyyatındakı xüsusi rolu və respublikanın müasir neft strategiyasının həyata keçirilməsində göstərdikləri əməyin yüksək qiymətləndirilməsi əsas götürülüb.

Həmçinin Türkiyənin ən son xəbərlərini https://sonturkhaber.com saytında oxuya bilərsiniz.

Chosen
45
icma.az

1Sources