EN

Naxçıvan Hərbi Kollecində Bilik Günü və hərbi andiçmə mərasimi keçirilib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Naxçıvan, 15 sentyabr, AZƏRTAC

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində 15 sentyabr – Bilik Günü və yeni tədris ilinin başlanması münasibətilə təntənəli mərasim təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmancasına şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə kollecə yeni qəbul olunmuş kursantlar Vətənə sədaqət andı içiblər.

Sonra Naxçıvan Hərbi Kollecinin rəisi polkovnik-leytenant Yaşar Hüseynov çıxış edərək Milli Müdafiə Universitetinin rektoru, general-mayor Gündüz Əbdülovun 15 sentyabr – Bilik Günü münasibətilə təbrik məktubunu şəxsi heyətə çatdırıb.

Mərasimdə kollecə yeni qəbul olunmuş kursantın valideyni və yüksək nəticə göstərərək kollecə qəbul olan kursant çıxış ediblər.

Sonda şəxsi heyət yeni tədris ilinə start verib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
23
azertag.az

1Sources