EN

İraqın Baş naziri kollektiv təhlükəsizliklə bağlı təklif irəlisürdü

İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani müsəlman ölkələrinə edilən hücumlara qarşı NATO stilində kollektiv təhlükəsizlik yanaşması ilə cavab verilməsinə çağırıb.

Redaktor.az “Al Jazeera"yə istinadən xəbər verir ki, o Dohada keçirilən Ərəb-İslam sammitində Ərəb-İslam komitəsi yaradılmasını təklif edib.

Sudani tədbirdə iştirak edən nümayəndələri Qətərə edilən hücumu qınamağa və Qəzzada atəşkəs üçün ətraflı yol xəritəsi tərtib etməyə çağırıb.

“İsrailə dayandıra bilməsək, bu qeyri-stabilliyi daha da artıracaq və heç bir tərəf üçün təhlükəsizlik gətirməyəcək”,- İraqın Baş naziri vurğulayıb.

Chosen
10
3
redaktor.az

4Sources