Hava limanı ilə şəhərlərarası nəqliyyatda məhdudiyyətlər aradan qaldırılır? — Ekspertdən AÇIQLAMA
"Hava limanı ilə bağlı məsələ artıq ictimailəşib və nəzarət altına alınıb. Xüsusilə hava limanından şəhər istiqamətinə girişlərə və sifarişlərə müəyyən məhdudiyyətlər tətbiq olunmağa başlanmışdı. Bu vəziyyət sosial şəbəkələrdə də geniş müzakirə olundu, lakin görünür ki, uzun çəkməyəcək".
Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.
O, bildirib ki, problemin həlli istiqamətində mühüm addımlar atılmaqdadır:
"Vətəndaşların rahatlığının təmin edilməsi, ünsiyyət imkanlarının yaxşılaşdırılması və xidmət keyfiyyətinin yüksəldilməsi bu proseslərin əsas məqsədidir. Atılan addımlar nəticəsində yaranmış narahatlıqlar və çətinliklər aradan qaldırılaraq, daha səmərəli və davamlı nəqliyyat sistemi qurulacaq. Bu isə həm sərnişinlərin, həm də ümumilikdə ictimaiyyətin məmnunluğunu təmin edəcəkdir".
Əfsanə Kamal
Demokrat.az