EN

"Atena" şirkətinin haqsız rəqabətə yol verdiyi müəyyən edilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Atena" MMC barəsində süd və süd məhsullarının istehsalı və satışı zamanı haqsız rəqabətə yol verilməsi ilə əlaqədar rəqabət qanunvericiliyinin pozulması halları ilə bağlı araşdırma aparıb.

 

Bu barədə Pravda.az-a Agentlikdən bildirilib.

 

Araşdırma nəticəsində rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyi üçün rəqabət qanunvericiliyinin pozulması haqqında iş qaldırılması məsələsinə baxılması məqsədilə rəqabət komissiyasının yaradılması barədə qərar qəbul edilib.

Tarix: 15 Sentyabr 2025, 18:32   
Chosen
39
10
pravda.az

10Sources