EN

"Evsizləri öldürün" - ABŞ-də canlı yayımda qalmaqallı açıqlama

ABŞ-də “Fox News” telekanalının aparıcıları Brian Kilmeade, Ainsley Earhardt və Lawrence Jones Şimali Karolinanın Şarlott şəhərində ukraynalı qaçqın İrina Zarutskanın qətlini müzakirə edərkən qalmaqallı açıqlama ilə gündəmə gəliblər.

Aparıcılardan Brian Kilmeade evsizlərin və ruhi xəstələrin evtanaziya (yəni öldürücü iynə ilə həyatlarına son qoyulması) edilməsini təklif edib.

Azreform.info xəbər verir ki, Kilmeade ölkədə yaşayan evsiz və ruhi xəstələrin evtanasiya olunması ilə bağlı çağırış edib. Bu fikir Amerika cəmiyyətində ciddi etiraz doğurub. Sosial media istifadəçiləri Kilmeadeyə sərt reaksiya bildiriblər.

Artan etirazlardan sonra Brian Kilmeade ictimaiyyətdən üzr istəməli olub. O, açıqlamasında belə deyib: “Biz həmin səhər Şarlottadakı qətlin və oxşar hücumların qarşısını necə alacağımızı müzakirə edirdik. Söhbət evsiz və ruhi xəstələrə hücum edənlərin müəssisələrə yerləşdirilməsi və ya həbs olunmasından gedirdi. Mən səhvən onların öldürücü iynə ilə aradan götürülməli olduğunu dedim. Bu, çox həssas olmayan bir ifadə idi və buna görə üzr istəyirəm”.

Chosen
12
4
azreform.info

5Sources