EN

Azərbaycan Prezidenti: Cənubi Qafqazda artıq sülh dövrü başlayıb

Cənubi Qafqazda artıq sülh dövrü başlayıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Şuşada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraktaroğlunu qəbul edərkən danışıb.

 

Görüşdə ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi vurğulanıb.

 

Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələrin olmadığını deyən dövlət başçısı qeyd edib ki, iki ölkənin birliyi dünya miqyasında önəmli amildir. Prezident İlham Əliyev bölgədə (Cənubi Qafqaz -red.) artıq sülh dövrünün başladığı vurğulayıb.

Tarix: 15 Sentyabr 2025, 18:15   
Chosen
20
6
pravda.az

10Sources