Məşhur türkiyəli müğənni İbrahim Tatlısəsin xəyalını nəvəsi Berfin Karakeçeli gerçəkləşdirir.
Publika.az xəbər verir ki, Karakeçeli təhsilini xaricdə davam etdirmək qərarına gəlib və Oksford Universitetinə müraciət edib.
Bu xəbər Tatlısəsin illər öncə söylədiyi “Urfada Oksford var idi, bizmi oxumadıq?” sözlərini yada salıb.
Qeyd edək ki, Berfin Karakeçeli Tatlısəsin ilk evliliyindən olan qızı Gülşənin övladıdır.