EN

Papadan Maska sərt sözlər: Başımız bəlaya girər

Katoliklərin ruhani lideri Papa Leo dünyanın ilk trilyonçusu olacağı gözlənilən İlon Mask haqqında diqqətçəkən açıqlamalar verib.

Publika.az xəbər verir ki, Papa Maskın trilyonçu statusunu bəşəriyyət və ictimai dəyərlər üçün “təhlükə siqnalı” adlandırıb.

O, zənginliklə kasıblıq arasındakı uçurumun sürətlə artdığına diqqət çəkib: “İnsan həyatının, ailənin və cəmiyyətin dəyərini unutsaq, böyük problemlə üzləşərik. 60 il əvvəl CEO-lar işçilərdən 4-6 dəfə çox qazanırdı. Bu gün isə bu fərq 600 dəfədir. İlon Mask dünyanın ilk trilyonçusu olacaqmış. Bu nə deməkdir? Əgər yeganə dərdimiz bu olarsa, başımız bəlaya girər”.

Qeyd edək ki, “Tesla”nın idarə heyəti Mask üçün təxminən 1 trilyon dollarlıq bonus paketi hazırlayıb. 10 illik plana əsasən, əgər Mask şirkətin bazar dəyərini 1,1 trilyon dollardan ən azı 8,5 trilyon dollara yüksəldə, həmçinin robotaksi və “Optimus” bizneslərini genişləndirə bilsə, əlavə səhm mükafatları hesabına şirkətdəki payı 25 faizə çata bilər. Bu da onu dünyanın ilk trilyonçusu edəcək.

Chosen
34
publika.az

1Sources