EN

"Xankəndidəki təxribatın köklərini və uzaq nəticələrini axtarmağa ehtiyac yoxdur" — Politoloq

"Xankəndidə erməni əsilli şəxsin kriminal hərəkəti diqqətdən kənarda qalmamalıdır. Bu hadisənin səbəblərini müharibədən sonra yaranmış yeni reallıqlarla bağlı olaraq araşdırmaq lazımdır. Lakin, qumbara ilə təxribat cəhdinin dərinə gedən köklərini və uzaq nəticələrini axtarmağa ehtiyac yoxdur".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib.

"Mümkündür ki, arxasında revanşist qüvvələr dayanır və bunu istisna etmirəm. Amma həmin qüvvələr gücsüzdür və özü də atdıqları addımın ciddi nəticələr verəcəyinə inanmır. Artıq müharibə bitib, Azərbaycan torpaqları azad olunub, Ermənistan işğalçıları çıxarılıb və separatçı ocaq söndürülüb.

O bildirib ki, Ermənistanda yeni reallıqlara uyğun dövlət quruculuğu prosesi gedir, revanşistlərə yer verilməməsini istəyən, qonşularla, o cümlədən Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etmək niyyətində olan qüvvələr var:

"Belə şəraitdə revanşistlərin addımları ciddi nəticə verə bilməz. Xankəndidəki təxribat cəhdinin arxasında hansısa revanşistlər dayanırsa da, onun yalnız bir neçə günahsız qurbanı ola bilər və siyasi ya da geosiyasi təsiri yoxdur.
Ümumilikdə bu, məğlubiyyətin şoku içində nə edəcəyini bilməyən revanşist qüvvələrin son çırpıntılarının əlaməti ola bilər; həmçinin təxribatı törədən şəxsin psixi problemləri də mümkündür. Bu təxribatı törətmək istəyən şəxsin müəyyən psixi problemləri də ola bilər".


Əfsanə Kamal
Demokrat.az
Chosen
23
1
demokrat.az

2Sources