2025-ci ilin əvvəlindən ABŞ Ukraynaya kaset sursatları ilə birlikdə ən azı 80 ədəd ACM raketi ötürüb.
Gundem.az xəbər verir ki, bunu kaset sursatları sahəsi üzrə amerikalı mütəxəssis Maykl Hart deyib.
“Ukraynaya tədarüklərə gəlincə, ABŞ 80 ədəd uzaqmənzilli ACM raketi və DPICM sursatları ötürüb. Bu, bizə məlum olanlardır. ABŞ-ın Ukraynaya göndərdiyi 7 tədarükdən sonuncu ikisində kasetli sursatların hansı növünün ötürüldüyü göstərilməyib”, - o bildirib.