EN

ABŞ HDQ "Poseydon"u uzun mənzilli gəmi əleyhinə raketlə silahlandırıb

ABŞ Hərbi Dəniz Qüvvələri AGM-158C uzun mənzilli gəmi əleyhinə LRASM raketi ilə silahlanmış P-8 "Poseydon" patrul təyyarəsinin ilk rəsmi görüntüsünü təqdim edib.

Herbiand.az bu barədə xarici mətbuata istinadən bildirir.

P-8A "Poseydon" 2012-ci ildən ABŞ Hərbi Dəniz Qüvvələrində xidmətdədir. Təyyarə Boeing 737-800 təyyarəsi əsasında hazırlanıb.

Qeyd edilib ki, LRASM-ın inteqrasiyası ABŞ Hərbi Dəniz Qüvvələrinin patrul təyyarələrinin imkanlarını kəskin şəkildə artıracaq, onlara qabaqcıl silahlarla uzaq məsafələrdən yerüstü hədəfləri vurmağa imkan verəcək.

Bəxtiyar CƏFƏRLİ

Chosen
23
herbiand.az

1Sources