EN

Azərbaycan Ordusu Vətən müharibəsi dönəmindəki ordudan daha güclüdür

ain.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

"44 günlük Vətən müharibəsi sübut etdi ki, Azərbaycan Ordusu Ermənistan ordusundan müqayisəedilməz dərəcədə güclüdür”

Bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Ermənistan Baş naziri Nikol Paşinyanın İrəvanda keçirilən «Mürəkkəb Təhlükəsizlik və Davamlılıq 2025» konfransında  Ermənistan Azərbaycan ordusunu üstələyə bilməz fikrinə münasibət bildirərkən deyib. 

O söyləyib ki, müharibədən sonra Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı, döyüş hazırlığı, maddi-texniki bazası daha da gücləndi:

"Prezident İlham Əliyev öz müsahibə və açıqlamalarında dəfələrlə qeyd edib ki, Azərbaycan Ordusu Vətən müahribəsindəki ordu deyil. Bugünkü Azərbaycan Ordusu Vətən müharibəsi dönəmindəki ordudan daha güclü, daha qüdrətlidir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanla Ermənistan ordusu arasında onsuz da böyük olan güc balansı zamanla daha da artır və Ermənistanın bu balansı hansısa formada tənzimləməsi mümkün deyil. Məhz bu prizmadan çıxış edən Nikol Paşinyan Ermənistan ordusunun heç vaxt Azərbaycan Ordusunu üstələyə bilməyəcəyini bəyan edir və bu məsələdə haqlıdır”.

Ekspert qeyd edib ki, Paşinyanın məlum açıqlaması iki dövlət arasındakı hərbi reallıqlara diqqət çəkməklə yanaşı, siyasi baxımdan da ciddi önəm kəsb edir:

"Ehtimal ki, Paşinyan bu açıqlama ilə həm daxili, həm də xarici auditoriyanın diqqətinə çatdırmaq istəyir ki, İrəvanın Azərbaycanla nə zamansa yenidən hərbi müstəvidə qarşılaşmış niyyəti və potensialı yoxdur. Bu mənada Paşinyanın məlum açıqlama ilə Ermənistandakı revanşist qüvvələrə də konkret mesaj verdiyini düşünmək olar. Çox güman ki, İrəvan bütün revanşist qüvvələrə başa salmağa çalışır ki, onların arzuları ilə reallıq arasında fərq böyükdür və bu məkirli niyyətlər heç vaxt reallaşmayacaq. İstənilən halda Paşinyanın sözügedən açıqlaması regional sülh və təhlükəsizlik baxımından anlaşılandır və özündə mövcud reallıqları əks etdirir”.

Şahanə Ziyad

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
azxeber.com

1Sources