EN

Azərbaycan bu Şəbəkəyə tamhüquqlu üzv oldu

Azərbaycan Mərkəzi Bankı (AMB) İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Beynəlxalq Maliyyə Savadlılığı Şəbəkəsinə (INFE) tamhüquqlu üzv qismində qoşulub.

Redaktor.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu üzvlük çərçivəsində qurum şəbəkənin "Maliyyə savadlılığı standartları: tətbiqi və qiymətləndirilməsi", "Rəqəmsal maliyyə savadlılığı" və "Maliyyə savadlılığı və davamlı maliyyə" üzrə işçi qruplarında iştirak etmək, beynəlxalq səviyyədə hazırlanan siyasət sənədlərinin işlənməsi prosesinə birbaşa cəlb olunmaq, həmçinin mövcud siyasət sənədləri bazasına çıxış əldə etmək hüququ qazanıb. Bununla da, AMB qabaqcıl təcrübələr və yanaşmalarla mütəmadi tanış olmaq imkanından yararlanacaq.

Bütün bunlar quruma maliyyə savadlılığı proqramlarını beynəlxalq standartlara uyğun şəkildə tətbiq etməyə, məlumat əlçatanlığının təmin olunmasına və ümumilikdə maliyyə inklüzivliyinin genişləndirilməsinə töhfə verəcək.

AMB maliyyə inklüzivliyinin genişləndirilməsini dəstəkləmək məqsədilə maliyyə savadlılığının artırılması istiqamətində beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsini davam etdirir. 

Chosen
16
14
redaktor.az

10Sources