EN

Vətəndaşlar istədiyi vaxtda pensiyaya çıxa biləcəklər?! – Özəl açıqlama

Azərbaycanda özəl pensiya fondlarının yaradılması məsələsi gündəmə gətirilib və bu istiqamətdə yeni qanun layihəsinin parlamentə təqdim olunması nəzərdə tutulur. Sənədin məqsədi vətəndaşlara pensiya kapitalından daha çevik istifadə imkanı verməkdir. Lakin ictimaiyyətdə yaranan “istədiyi vaxt pensiyaya çıxmaq” fikri reallığa uyğun deyil. Mütəxəssislərin sözlərinə görə, özəl fondlar sadəcə əlavə seçim kimi nəzərdə tutulur, dövlət pensiyasına çıxma yaşı isə dəyişməyəcək.

Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov bəzi məqamlara aydınlıq gətirib:

Özəl pensiya fondlarının yaradılması məsələsi çoxdan müzakirə olunur, amma burada müəyyən həllini tapmalı məqamlar var. Özəl pensiya fondlarının üstünlüyü ondadır ki, şəxs ora yatırdığı pulu, yəni həmin vəsaiti, vərəsəliklə də ötürə bilir. Üstəlik, həmin vəsaitin dövriyyəsindən gəlir əldə olunur, əlavə faiz qazanmaq imkanı yaranır. Marqarita pizza

Yaxşı cəhətləri olsa da, əsas problem ondan ibarətdir ki, bu vəsaitlərin idarə olunması üçün onların investisiya edilməsi zəruridir. Yığılan vəsait düzgün istiqamətə yatırılmalı, oradan gəlir əldə olunmalıdır. Çünki həm fondun saxlanma xərcləri qarşılanmalı, həm vəsaiti qoyanların pulu inflyasiyadan qorunmalı, həm də üzərinə faiz gəlməlidir”.

S.Məmmədov bu sahədə bir sıra problemlərin olduğunu da vurğulayıb:

“Bu baxımdan müəyyən problemlər meydana çıxır. Belə ki, ölkədə toplanan vəsaiti yönəltmək üçün riski az olan investisiya sahələrinin sayı məhduddur. Vəsait elə istiqamətlərə yatırılmalıdır ki, orada risk minimum olsun və vəsait batma təhlükəsi yaranmasın. Ona görə də bu pulların yatırımı əsasən yalnız banklar vasitəsilə mümkündür, lakin bütün banklara da güvənmək olmur. Məhz buna görə müəyyən çətinliklər mövcuddur. Hər halda müzakirələr davam edir və ehtimal olunur ki, yaxın gələcəkdə bu fondlar yaradıla bilər. Amma sual budur: əhali buna nə dərəcədə maraq göstərəcək və vəsaitlərini özəl pensiya fondlarına yatıracaqmı?

Məsələn, bu gün insanlar vəsaitlərini banka qoyaraq 11-12 faizlə dividend və ya depozit gəliri götürə bilirlərsə, həmin pulu pensiya fonduna yatırmağa maraqlı olacaqlarmı? Bütün bu suallar açıq qalır. Buna görə də bu məsələdə tələsmək olmaz. Elə buna görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu prosesi çox ciddi şəkildə, hərtərəfli öyrənir”.

Aytac Əliyeva


Telegram kanalımız
Chosen
8
6
yenisabah.az

7Sources