ABŞ nümayəndə heyəti sentyabrın 15-i axşam Hindistana səfər edəcək. Səfərin əsas məqsədi iki ölkə arasında ticarət sazişinin müzakirəsidir.
Redaktor.az bu barədə "Bloomberg"ə istinadla xəbər verir.
Məlumata görə, bir neçə həftəlik fasilədən sonra tərəflər danışıqları yenidən bərpa etmək qərarına gəlib. Bu addım Hindistanın Rusiya nefti alışı ilə bağlı Vaşinqtonla münasibətlərdə yaranmış gərginliyə baxmayaraq atılıb. Hindistanın ticarət və sənaye naziri Sunil Bartval bildirib ki, tərəflər müzakirə olunacaq məsələlərə pozitiv yanaşır.
Nəşrdə qeyd olunur ki, yaxın həftələrdə ABŞ prezidenti Donald Tramp ilə Hindistanın baş naziri Narendra Modi arasında da telefon danışığı nəzərdə tutulur.
Nuriyyə NATİQQIZI