EN

Qırğızıstan və Türkiyə strateji əməkdaşlığa dair sənəd imzalayacaq

BAKI, 15 sentyabr. TELEQRAF

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz sentyabrın 17-də Qırğızıstana rəsmi səfərə gələcək.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində Prezident Sadır Japarov və Nazirlər Kabinetinin sədri Adılbek Kasıməliyevlə görüşlər nəzərdə tutulub.

Bundan əlavə, Adılbek Kasıməliyev və Cevdet Yılmazın sədrliyi ilə Qırğızıstan-Türkiyə Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçiriləcək. Tərəflər iclasda Qırğızıstan-Türkiyə əməkdaşlığının geniş spektrini müzakirə edəcəklər.

Görüşdən sonra iki dövlət arasında strateji əməkdaşlığın daha da möhkəmləndirilməsinə yönəlmiş bir sıra sənədlərin imzalanacağı gözlənilir.

Chosen
80
teleqraf.com

1Sources