EN

FHN-in Bakı Regional Mərkəzi tərəfindən obyekt mülki müdafiə məşqi keçirilib

BAKI, 15 sentyabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində obyekt mülki müdafiə məşqi keçirilib.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, məşqin keçirilməsində məqsəd obyektin mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.

Məşq zamanı hərbiləşdirilməmiş obyekt mülki müdafiə dəstələrinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin ərazisində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar fəaliyyətləri simulyasiya edilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Məşqdə ümumilikdə 6 texnika və 42 nəfərdən ibarət şəxsi heyət iştirak edib.

Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Chosen
28
1
teleqraf.com

2Sources