EN

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşdan Bakı mesajı

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, Bakının Qafqaz İslam Ordusu tərəfindən erməni və bolşevik dəstələrindən azad edilməsinin 107-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.

TurkicWorld xəbər verir ki, bununla bağlı Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun göstərdiyi qəhrəmanlıq xüsusi vurğulanıb.

“Qafqaz İslam Ordusunun şəhid və qazilərinin xatirəsini dərin ehtiramla yad edirik. Bu əlamətdar gündə Azərbaycandakı qardaşlarımızı ürəkdən təbrik edirik.”, - paylaşımında qeyd edilib.

Chosen
25
turkic.world

1Sources