EN

Türkiyənin məşhur aktyoru intihara cəhd etdi

Türkiyənin məşhur aktyoru Ufuk Özkanın intihara cəhd etdiyi iddia olunub.

Kult.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

Bildirilib ki, aktyor Beşiktaşdakı evində özünə qəsdə cəhd edib və təcili şəkildə xəstəxanaya aparılıb.

Onun hazırda həkimlərin nəzarəti altında olduğu vurğulanıb.

Xatırladaq ki, aktyor "Geniş ailə" serialında canlandırdığı "Cəvahir" obrazı ilə tamaşaçıların sevgisini qazanıb.

Qeyd edək ki, bir müddət əvvəl U.Özkan qaraciyər çatışmazlığı səbəbindən xəstəxanada müalicə alıb. Bir müddət sonra o, transplantasiyaya ehtiyac qalmadan sağlamlığına qovuşmuşdu.

Chosen
17
1
axar.az

4Sources