EN

Britaniya və ABŞ nüvə enerjisi üzrə yeni anlaşma əldə edib

Böyük Britaniya və ABŞ nüvə energetikasının inkişafını sürətləndirməyə yönəlmiş yeni sazişi imzalamağa hazırlaşır.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, razılaşmanın ABŞ Prezidenti Donald Trampın sentyabrın 16-18-də Britaniyaya ikinci dəfə dövlət səfəri zamanı rəsmiləşdiriləcəyi gözlənilir.

Baş nazir Kir Starmer bildirib ki, iki ölkə nüvə enerjisinin qızıl dövrünü qurur və bu əməkdaşlıq onları qlobal innovasiyanın ön sıralarına çıxaracaq. Hökumət hesab edir ki, nüvə enerjisinin artırılması ev təsərrüfatlarının enerji xərclərini azaldacaq, yeni iş yerləri yaradacaq, enerji təhlükəsizliyini möhkəmləndirəcək və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək.

Razılaşma, həmçinin Britaniya və ABŞ şirkətləri arasında kommersiya əməkdaşlığını gücləndirməyi hədəfləyir. Planların əsas hissəsini ABŞ-ın “X-Energy” nüvə qrupu və Britaniyanın “Centrica” şirkətinin Harlpulda 12 modul tipli nüvə reaktoru inşa etmək layihəsi təşkil edir. Bu stansiyanın işə düşməsi ilə 1,5 milyon ev təsərrüfatı enerji ilə təmin edilə və 2500-ə qədər yeni iş yeri açıla bilər.

Chosen
29
3
yeniazerbaycan.com

4Sources