EN

SOCAR-da neftin istehsalında maya dəyərinin son bir ildə niyə 12% artması məlum olub

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti neftin maya dəyərinin illik müqayisədə artmasına aydınlıq gətirib.

Banker.az xəbər verir ki, bu barədə onun illik hesabatında qeyd edilir.

Belə ki, 2024-cü ildə 1 ton neftin istehsal maya dəyəri 160,51 manat təşkil etmiş və keçən ilin müvafiq dövrü ilə müqayisədə 16,91 manat və ya 11,8% artıb. Hər 1000 m3 qazın faktiki istehsal maya dəyəri 80,25 manat təşkil etmişdir ki, bu da keçən illə müqayisədə 4,22 manat və ya 5,5% artmışdır

Bildirilir ki, SOCAR üzrə neftin maya dəyərinin artması keçən ilə nisbətən yanacaq xərclərinin, elektrik enerjisi xərclərinin, əmək haqqı və sosial sığorta xərclərinin, əsas vəsaitlərin amorti zasiya xərclərinin, nəqliyyat xərclərinin, digər vergilərin, digər xidmətlər üzrə xərclərin və digər xərclərin artması hesabına baş vermişdir.

Belə ki, yanacaq xərclərinin 108 min manat (4,0%), elektrik enerjisi xərclərinin 886 min manat (12,6%), əmək haqqı xərclərinin 12185 min manat (8,0%), sosial sığorta xərclərinin 2203 min manat (6,4%), əsas vəsaitlərin amorti zasiya xərclərinin 29419 min manat (15,9%), nəqliyyat xərcləri 15483 min manat (13,9%), digər vergilər 1419 min manat (3,0%), digər xidmətlər üzrə xərclər 14548 min manat (11,8%) və digər xərclər 8752 min manat (27,2%) artıb. Əmək haqqı üzrə hər 1000 m3-ə düşən maya dəyəri xərci 22,4 manatdan 25,2 manata yüksəlib.

SOCAR üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi 2,6%, yanacaq xərcləri 0,3%, elektrik enerjisi xərcləri 0,4%, əmək haqqı xərcləri 13,0%, sosial sığortaya ayırmalar 3,0%, əsas vəsaitlərin amorti zasiyası 17,0%, əsas vəsaitlərin təmiri və texniki xidmət xərcləri 13,4%, nəqliyyat xərcləri 13,1%, mühafi zə xərcləri 2,3%, mədən vergisi 16,2%, digər vergilər 4,0%, digər xidmətlər üzrə xərclər 12,2%, digər xərclər isə 2,4% təşkil edir.

Qazın hasilatı na, “Azərkontrakt” SC-dən alışına və idxala çəkilən xərclərlə yanaşı, qazın emalı, saxlanması, nəqli və paylanması xərcləri də nəzərə alınmaqla 2024-cü ildə SOCAR üzrə satı lan 1000 m3 qazın faktiki xərci 176,82 manat təşkil edib.

Chosen
14
4
banker.az

10Sources