EN

İsrail hava qüvvələri Qəzzada göydələni dağıdıb - VİDEO

İsrail Hava Qüvvələri Qəzza şəhərində həyata keçirilən aviazərbələr zamanı bölgənin ən hündür binalarından biri olan Gefari qülləsini vurub.

Day.Az xəbər verir ki, ölkənin yerli KİV-lərinin məlumatına və ərəb sosial şəbəkələrində yayılan görüntülərə əsasən, raket zərbələrindən sonra nəhəng binanın tamamilə dağıldığı və ərazidə sıx toz buludunun qalxdığı müşahidə olunub.

İsrail Müdafiə Qüvvələri binaya aviazərbələrin endirildiyini təsdiqləyib.

Bildirilib ki, Gefari qülləsinə hücumun səbəbi binada HƏMAS-a məxsus müşahidə qurğuları və postların yerləşməsi olub.

Chosen
7
3
day.az

4Sources