Qəbələdə bədii gimnastika üzrə "Grace of Nature" turniri keçiriləcək.
Bu barədə Missiya.Az-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Yarış 24-26 oktyabr aralığında baş tutacaq.
Gimnastlar kiçiklər, balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyasında çıxış edəcəklər. Fərdi yarışlarda çoxnövçülük və alətlər üzrə proqramlar, qrup hərəkətlərində isə alətlərlə çıxışlar təqdim olunacaq.