EN

Rusiya səfiri Bolqarıstan XİN-ə çağırılıb

Bakı. Trend:

Rusiyaya məxsus pilotsuz uçan aparatların Polşanın hava məkanınıpozması ilə əlaqədar Rusiyanın Bolqarıstandakı səfiri EleonoraMitrofanova ölkənin xarici işlər nazirliyinə çağırılıb.

Trend xəbər verirki, bu barədə Bolqarıstan XİN bəyanatında deyilir.

Qeyd olunub ki, bu demarşla Bolqarıstan “Polşa hava məkanınınqəsdən pozulmasını” pisləyir. Bundan əlavə, rəsmi Sofiya özmüttəfiqi və tərəfdaşı kimi Varşava ilə tam həmrəyliyini ifadəedib.

"Sentyabrın 10-na keçən gecə Polşa ərazisinə bir neçə pilotsuzuçuş aparatı düşüb. NATO ölkələrinin qırıcıları havaya qaldırılıb,insident nəticəsində Varşava da daxil olmaqla, bir neçə hava limanımüvəqqəti bağlanıb. Polşanın baş naziri Donald Tusk vəziyyəti“görülməmiş hadisə” adlandırıb və Rusiyanı təxribatda ittihamedib", bəyanatda vurğulanıb.

Məqalədə:
Chosen
36
az.trend.az

1Sources