EN

Naxçıvanda heyvan xəstəliklərindən azad zonalar yaradılacaq

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası ərazisində heyvan xəstəliklərindənazad zonaların yaradılması istiqamətində prosedurların tətbiqinəbaşlanacaq.

Trendxəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, bu təşəbbüs bölgədə baytarlıq nəzarətiningücləndirilməsi, heyvandarlıq məhsullarının keyfiyyətininartırılması və ixrac imkanlarının genişləndirilməsi baxımındanmühüm addım hesab olunur.

Heyvan xəstəliklərindən azad statusun alınması, Naxçıvan MuxtarRespublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlinümayəndəsi Fuad Nəcəfli ilə Azərbaycan Qida TəhlükəsizliyiAgentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyevin rəhbərliketdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə əsas müzakirəmövzusu olub.

Görüş zamanı qeyd olunub ki, ilk növbədə azad zonalarda xüsusidiqqət dabaq xəstəliyinin qarşısının alınmasına yönəldiləcək və“peyvəndləmə ilə azad” statusun əldə olunması istiqamətindəpraktiki işlərə başlanacaq. Epizootoloji, diaqnostik, logistik vədigər tədbirlərin icrasından sonra Ümumdünya Heyvan SağlamlığıTəşkilatına (ÜHST) müraciət ediləcək.

Beynəlxalq ticarət qaydalarına görə, heyvanlar və heyvan mənşəliməhsullar yalnız xəstəlik olmayan ölkələrdən, ya da beynəlxalqstandartlara uyğun sağlamlıq statusu tanınan regionlardan ixracedilə bilər. Bölgənin gələcək tranzit potensialını nəzərə alaraq,Naxçıvanda heyvan xəstəliklərindən azad statusun alınması yerliməhsulların ixracı və tranzit daşınması baxımından əhəmiyyətli roloynayacaq.

Görüşdə heyvanların identifikasiyası, seroloji monitorinqlərinaparılması, vaksinasiya, qida təhlükəsizliyinə nəzarət məntəqələri,laboratoriyaların yaradılması və digər vacib məsələlər də müzakirəolunub. Bütün bu işlərə dair birgə tədbirlər planı hazırlanıb vəəməli işlərə başlanması barədə razılıq əldə edilib.

Heyvan xəstəliklərindən azad zonaların yaradılması “AzərbaycanRespublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair2019–2025-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb vəAzərbaycan Qida Təhlükəsizliyi Agentliyi üçün prioritet mövzulardanbiridir.

Qeyd edək ki, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindənxırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripixəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdəəldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunuxəstəliyindən azad status qorunub saxlanılır.

Məqalədə:
Chosen
25
13
az.trend.az

10Sources