EN

Naxçıvanda Bilik günü qeyd olunub- FOTOLAR

15 Sentyabr Bilik günündə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfov və Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev Naxçıvan şəhərində fəaliyyət göstərən bir neçə ümumtəhsil müəssisəsində olub. 

Bu barədə AzEdu.az-a Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən məlumat verilib.

Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına tam orta məktəbdə, Naxçıvan Qızlar Liseyində, Naxçıvan şəhər 5 nömrəli və  Naxçıvan Qarnizonu tam orta məktəblərində müəllimlər, şagirdlər və onların valideynləri ilə görüşən rəsmi şəxslər yeni dərs ilinin başlanması münasibətilə kollektivlərə təbriklərini çatdırıb, məktəblilərə təhsillərində uğurlar arzulayıblar. Qeyd olunub ki, bu gün dövlətimiz tərəfindən  təhsilin inkişafı, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir tədris mühitinin yaradılması istiqamətində ardıcıl tədbirlər görülür. Bu tədbirlərin nəticəsidir ki,  muxtar respublikada tədrisin səviyyəsi yüksəlir, məzunlarımız ildən-ilə uğurlu nəticələr əldə edirlər.  

Görüşlərdə məktəblilərin  Vətənə sədaqət, milli-mənəvi dəyərlərə bağlılıq və müasir biliklərə yiyələnməyinin önəmi vurğulanıb, valideynlərə övladlarının təhsil aldığı məktəblərlə sıx əlaqələrin qurulmasının  əhəmiyyəti diqqətə çatdırılıb.

Qeyd edək ki, Bilik Günü münasibətilə  müəssisələrdə təhsil alan  şəhid övladları ilə də görüşlər təşkil olunub.

2025–2026-cı tədris ilində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 50 min 500 şagird təhsil alacaq. Yeni tədris ilində 3007 uşaq məktəbəhazırlıq qruplarına, 3822 şagird  isə birinci sinflərə qəbul olunub.

Chosen
7
2
azedu.az

3Sources