EN

Gəncədə iki avtomobil toqquşdu - Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Toyota Prado” ilə “Chevrolet “ markalı minik maşınları toqquşub. Qəza zamanı 1987-ci il təvəllüdlü S.Mikayılzadə və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

 

Chosen
80
1
unikal.az

2Sources