Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarqsyana qarşı ittiham irəli sürən sabiq müstəntiq Qraçya Muşeqyan həbs edilib.
Herbiand.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu cinayət məhkəməsinin mətbuat katibi Liana Rafaelyan bildirib.
Q.Muşeqyan ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı işdə həbs edilib. Hadisə ötən ilin avqustunda baş verib. Müstəntiq sərxoş vəziyyətdə sükan arxasında olub.
Vəzifədən ayrıldıqdan sonra o, vəkillik fəaliyyəti ilə məşğul olub.[Report]