EN

Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB-1 - VİDEO

Kəlbəcər şəhərinə köçürülən sakinlərə mənzillərin açarları təqdim olunub.

APA-nın yerli bürosu xəbər verir ki, bu mərhələdə köçürülən 139 nəfərdən ibarət 32 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Kəlbəcər şəhərində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib.

***

15.22

Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb.

APA-nın bölgə müxbiri xəbər verir ki, bu gün 32 ailə - 139 nəfər Kəlbəcər şəhərinə köçürülüb.

***

05:44

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

APA xəbər verir ki, bu mərhələdə Gəncə şəhərindən 14 ailə (56 nəfər), Bakı şəhərindən 12 ailə (56 nəfər), Abşeron rayonundan 3 ailə (13 nəfər), Tərtər rayonundan 1 ailə (6 nəfər), Samux rayonundan 1 ailə (4 nəfər), Mingəçevir şəhərindən 1 ailə (4 nəfər), ümumilikdə 32 ailə - 139 nəfər Kəlbəcər şəhərinə köçürülür.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Kəlbəcər şəhərinə cəmi 52 ailə (223 nəfər) köçürülüb.

Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti
Chosen
6
5
apa.az

10Sources