EN

Tramp ilk dəfə Rusiyanı təcavüzkar adlandırıb

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp nəhayət Rusiya-Ukrayna müharibəsində Rusiyanı təcavüzkar kimi tanıdı, bu da onun Moskvaya qarşı mövqeyinin sərtləşdiyini göstərir.

APA xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

Nəşr bildirir ki, jurnalistlərlə danışan Tramp Ukrayna və Rusiya hərbçilərinin itkilərinə toxunaraq deyib: “Bu həftə hər iki ölkədən 8 000 əsgər həlak olub. Rusiyadan bir qədər çox, amma sən təcavüzkarsansa, daha çox itki verirsən.”

Qeyd olunur ki, Tramp daha əvvəl Rusiyanın işğalını qınamaqdan imtina etmişdi. Onun administrasiyası fevral ayında BMT-nin Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən və Rusiyanı qınayan qətnaməsinə qarşı çıxaraq Rusiya və Şimali Koreya ilə eyni mövqedə dayanmışdı. Həmçinin, ABŞ G7-nin Rusiyanı təcavüzkar adlandıran bəyanatına da etiraz etmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
12
azpolitika.info

10Sources