ain.az, Apa.az saytına istinadən bildirir.
“Fənərbaxça” Klublar Birliyində fəaliyyətini dayandırıb.
Apasport.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Buna səbəb “Trabzonspor”un prezidenti Ertuğrul Doğanın açıqlamaları olub. O, 3 iyul hadisələrinə istinad edərək “Fənərbaxça”nın FETÖ ilə əlaqəli olduğunu iddia edib və bu haqsızlığa son qoyulmasını tələb edib.
“Sarı-lacivərdlilər”in prezidenti Ali Koç isə bu açıqlamalarına görə Ertuğrul Doğanın istefa verməsini tələb edib.
Qeyd edək ki, ötən gün keçirilən “Fənərbaxça” – “Trabzonspor” matçı ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.