EN

Texniki şərtlərin qeydiyyatı ilə bağlı 58 müraciət təmin olunub

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən texniki şərtlərin qeydiyyata alınması ilə bağlı ümumilikdə 62 müraciət qeydə alınıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, müraciətlərin 58-i təmin olunub.

Texniki şərtlər müvafiq sahə üzrə standartlar mövcud olmadığı təqdirdə, eləcə də sahibkarlıq subyektləri tərəfindən yeni texniki həllərin tətbiq edilməsi məqsədilə işlənib hazırlanır, məhsul, iş və xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin və funksionallığının, istehsal və idarəetmə proseslərinin səmərəli təşkilinin və normativ tələblərə uyğunluğun təmin olunmasına xidmət edir.

Chosen
33
vergiler.az

1Sources