EN

Kəlbəcərdə ilk dərs zənginin səslənməsi tarixi ədalətin bərpasının təntənəsidir - Nuranə Babayeva

Kəlbəcər. Trend:

Bu gün Kəlbəcərdə ilk dərs zənginin səslənməsi təkcə tədrisilinin başlanğıcı deyil, həm də tarixi ədalətin bərpasının,xalqımızın qürurunun və iradəsinin təntənəsidir.

Trendxəbər verir ki, bunu Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetməXidmətinin, Mətbuat xidməti şöbəsinin müdiri Nuranə Babayevadeyib.

O bildirib ki, bu torpaqların əsl sahibləri olaraq qələbəmizinmemarlarının layiqli davamçıları olacaqlar:

“Qeyd etməliyəm ki, modul tipli məktəb şagirdlərin təhsilindəfasilə yaranmaması üçün yaradılmış və müvəqqəti xarakterdaşıyır.

​Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, artıq növbətiilə tam yeni, müasir və unikal təhsil kompleksində işlərintamamlanması planlaşdırılır. Təməli 2023-cü ildə qoyulan tədrisocağı ümumilikdə 2.24 hektar ərazini əhatə edir. 528 şagird üçünümumtəhsil məktəbi, 80 yerlik uşaq bağçası, 70 yerlik yataqxana vəpeşə təhsili üçün 7 fərqli emalatxana tikintisi nəzərdətutulub”.

Chosen
52
az.trend.az

1Sources