EN

Şimali Koreya: Nüvə dövləti statusumuz geridönməzdir

Şimali Koreya: Nüvə dövləti statusumuz geridönməzdir

Şimali Koreya nüvə dövləti statusunun geridönməz olduğunu bəyan edib.

Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, ölkənin Birləşmiş Millətlərdə (BM) daimi nümayəndəliyindən verilən açıqlamada ABŞ-ın Beynəlxalq Atom Enerjisi Agentliyi (UAEA) idarə heyətinin iclasında Şimali Koreyanın nüvəsizləşdirilməsi ilə bağlı çağırış etdiyi xatırladılıb.

Açıqlamada bildirilib ki, ABŞ-ın Pxenyanın daxili işlərinə açıq müdaxilə edərək suverenliyini pozan bu təxribatçı addımı qətiyyətlə pislənir və bunun doğura biləcəyi nəticələrdən ciddi narahatlıq ifadə olunur.

“Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) dövlətin ali və əsas qanununda daimi şəkildə təsbit olunmuş nüvə silahı dövləti statusu geridönməz hala gəlib,” – deyə vurğulanıb.

Həmçinin qeyd olunub ki, Şimali Koreyanın nüvə silahına sahib olması ABŞ-ın nüvə təhdidinə qarşı dövlətin suverenliyini və təhlükəsizliyini qorumaq, güc balansını təmin etmək üçün qaçılmaz seçimdir və bu, qlobal sülh və sabitliyi təmin etməkdə açar rol oynayır.

Açıqlamada əlavə olunub ki, Vaşinqton administrasiyasının radikal nüvə silahlanması addımları beynəlxalq nüvəsizləşmə rejimini sarsıdır.

Chosen
12
afn.az

1Sources