EN

Tünzalə Ağayeva kovboy tərzində – FOTOLAR

Xalq artisti Tünzalə Ağayeva “Üzüm və şərab” festivalının bağlanış konsertində səhnəy çıxıb.

Dərgi.az xəbər verir ki, hava şəraitinin soyuq və yağmurlu olmasına baxmayaraq pop ulduz sevənlərinə unudulmaz anlar yaşadıb. Çıxışı boyunca hitlərini səsləndirən sənətçi tamaşaçıların isti münasibəti ilə qarşılaşıb. Pərəstişkarları onunla birlikdə bütün mahnılarını bir ağızdan, əzbərə söyləyiblər. Səmimi sənətçi isə öz növbəsində səhnədən enərək tamaşaçılarla ünsiyyət qurub.

Rəngli məqamlarla bol olan tədbirdə səhnəmizin əfsanəsi geyimi ilə də gözoxşayıb. Mavi cins parçalardan istifadə olunan kovboy tərzində olan geyimin müəllifi tanınmış dizayner Lali Rüstəmovadır.

Səhnədə starı “Tünzalə dance group” müşayiət edib.

Chosen
16
5
dergi.az

7Sources