EN

Peskov: “NATO Rusiya ilə müharibə aparır"

Bu ifadələri Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərəaçıqlamasındadilə gətirib. O, Polşanın xarici işlər naziri Radoslav Sikorskinin"NATO Rusiya ilə müharibə aparmır"sözlərinəmünasibət bildirib.

"Açıq-aşkar göz qabağındadır ki, sözügedən alyans Ukraynaya birbaşa və ya dolayı dəstək verməklə Rusiyaya qarşı müharibəyə qoşulub. Bu faktın hər hansı sübuta ehtiyac yoxdur",- katib vurğulayıb.

Radoslav Sikorski Britaniyanın "The Guardian" qəzetinə müsahibəsində söyləyib ki, NATO-ya üzv ölkələr Rusiya ilə döyüşə girmək istəmirlər.

"Bu baxımdan Ukrayna üçün təhlükəsizlik təminatlarının effektivliyinə şübhə ilə yanaşıram. Çünki bu cür təminatların şərti belədir ki, Avropa ölkələri Moskvaya qarşı müharibə aparmağa hazır durmalıdırlar. İnandırıcı deyil. Bu və ya digər ölkə müharibəyə qoşulmaq istəmir",- nazir deyib.

Firudin Həmidli
AzVision.az
Chosen
17
1
azvision.az

2Sources