EN

TANAP vasitəsilə Türkiyə və Avropa qaz tədarüklərinin həcmi açıqlandı

Transanadolu qaz kəməri (TANAP) kommersiya istismarına başlanıldığından 2024-cü ilin sonunadək Türkiyəyə 30,8 milyard kubmetr, Avropaya isə 42,74 milyard kubmetr təbii qaz nəql edib.

Bu barədə Day.Az-a TANAP-ın 2024-cü il üzrə dayanıqlı inkişaf hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, yalnız 2024-cü ildə nəql olunan qazın həcmi 17,349 milyard kubmetr təşkil edib ki, bunun 5,6 milyard kubmetri Türkiyəyə, 11,7 milyard kubmetri isə Avropaya yönləndirilib.

Qeyd edək ki, TANAP Azərbaycanın "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil olunan qazı Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədinədək daşıyır. TANAP-ın ümumi dəyəri yeddi milyard dollardan azdır.

Genişlənmə çərçivəsində illik ötürücülük gücünün 24 milyard kubmetrə çatdırılması üçün bir neçə əlavə kompressor stansiyasının quraşdırılması tələb olunur. Ümumilikdə ötürücülük qabiliyyətinin 31 milyard kubmetrə qaldırılması üçün yeddi kompressor stansiyasına ehtiyac olacaq.

Hazırda Transanadolu qaz kəməri ilə hidrogen qarışığının nəqli imkanları araşdırılır. Texniki baxımdan TANAP vasitəsilə nəql edilən təbii qazın tərkibində hidrogenin payı 2 faiz səviyyəsində ola bilər.

TANAP sisteminin nəzərdə tutulan istismar müddəti 2062-ci ilə qədər davam edəcək.

Chosen
20
2
day.az

3Sources